CəmiyyətDigərPlanet

Buna «şəhərsalma»yla məşğul olan savadsızlar «çox çalışıb».

Şəhərdə nəfəs almaq mümkün deyil. İçinə çəkdiyin hava deyil, yapışqan, ilıq bir qarışıqdı — demək olar ki, təkcə avtomobil qazları və tikinti tozundan ibarət olan. Ağciyərlər bu konsentratı qəbul etməkdən imtina edir, çünki təmiz hava ümumiyyətlə yoxdur.

Əvvəllər, 1990-cı illərin sonlarında, bir ümid vardı — külək. Dənizdən gələn, içində bir az təmizlik, bir az təravət olan o külək. Amma o da artıq şəhərdə olmayacaq: buna «şəhərsalma»yla məşğul olan savadsızlar «çox çalışıb». Boş sahələri bir-bir sataraq tikintiyə verdilər, şəhərə dənizdən gələn təmiz havanı gətirən, istiliyi, tozu, tüstünü dağıdan, atmosferi hərəkətli edən hava koridorlarını məhv etdilər. Alverçilər başa düşmədilər ki, sıx tikinti bu koridorları kəsir, məhəllələri mikrodalğalı soba effekti olan qutulara çevirir. Onlar «aerasiya» sözünü də yəqin ki, avtomobilin salonunu təmizləmək kimi başa düşürlər.

Bağ evi, şəhərdən kənarda mülkü olmayan bir insan – necə xilas olunsun?..

 

Elçin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın yarısı ruhi xəstə olacaq – Alimləri qorxudan araşdırma

redaktor

“Quranda elə şeylər var ki, adama qəribə gəlir” – Qalmaqallı açıqlama

redaktor

Daha bir partiya sədri istefa verir

admin