16 C
Bakı
27 Sentyabr 2025 02:19
CəmiyyətDünya

Belə sevgimi olar?

Ölümlə mübarizə aparan və can üstündə olan insanların yaxınları tərəfindən videoya çəkilməsi hardasa başa düşüləndir, amma həmin videoların sosial şəbəkələrdə paylaşılması qəbuledilməzdir.

Bir tanıdığım vardı, demək ki, bu adam atasının can verməsini selfi halında videoya çəkir və çəkə-çəkə də ağlayır ki, baxın atam can verir, sonra da bunu paylaşır.

Əvvəla, bu ölən adama qarşı hörmətsizlikdir. Çünki adam öz iradəsindən kənar videoya çəkilib paylaşılır. İkinci də, can verən adamın sifəti əyilir, gözləri bərəlir, ağzından axıntı gəlir və sair. Belə bir vəziyyətdə nə məcburdur onun son halını çəkib paylaşmaq. Belə sevgimi olar?

Əksinə, bu həm özünü, həm doğmanı biabır etməkdir. Nə bilim vallah, bəlkə bəzi insanlar buna da müasirlik deyəcək…Amma bu qeyri-insani hərəkətdir.

Muşfiq Abbasov

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ehtimal olunan qızı: “O, milyonlarla həyatı aldı və mənimkini də dağıtdı”

redaktor

“Ukrayna prezidenti cəsarətli oğlandır…” – Boris Conson

redaktor

Xırdalanda binaya mərtəbələr artırıldı: Sakinlər ayağa qalxdılar – VİDEO

redaktor