30 C
Bakı
09 Avqust 2025 19:20
DünyaSiyasət

ABŞ Türkiyənin icazəsi olmadan öz sualtı qayıqlarını Qara dənizə yerləşdirə bilməyəcək

“Türkiyə” qəzetinin beynəlxalq hüquq ekspertlərinə istinadən verdiyi xəbərə görə, ABŞ Montrö Konvensiyasının müddəalarını nəzərə alaraq, nüvə sualtı qayıqlarını Qara dənizə göndərəcəyi təqdirdə Türkiyədən icazə istəməli olacaq.

Montrö Konvensiyası 1936-cı ildə bağlandı və Türkiyənin Qara dənizdən Aralıq dənizinə qədər Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa etdi. Bu sənəd hərbi gəmilərin boğazlardan keçməsini tənzimləyir. Sülh dövründə Qara dəniz dövlətlərinə Türkiyəni xəbərdar etdikdən sonra istənilən sinifdən olan hərbi gəmilərini boğazlardan keçirməyə icazə verilir. Qeyri-Qara dəniz ölkələri üçün döyüş gəmilərinin tonajı və qalma müddəti ilə bağlı məhdudiyyətlər var. Müharibə zamanı Türkiyə qarşıdurmada iştirak edərsə və ya müharibə təhlükəsi altında olduğuna inanarsa, boğazları döyüş gəmiləri üçün bağlaya bilər.

Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner “Türkiyənin belə bir icazə verəcəyini düşünmürəm” deyib.

Xatırladaq ki ,daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidlərinə cavab olaraq ABŞ-ın Rusiya ilə nüvə müharibəsinə tam hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya tərəfinin bəyanatlarına cavab olaraq, o, “xalqımızı qorumaq” məqsədilə nüvə sualtı qayıqlarının yerləşdirilməsinə göstəriş verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib

redaktor

Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı?

redaktor

“Ermənistan silahlanır, Azərbaycan Ordusu hazır olmalıdır” – İqor Korotçenko

redaktor