DünyaSiyasət

Tramp Rusiya sərhədlərinə iki nüvə sualtı qayıqları göndərib

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, Ağ Evin rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən müvafiq ərazilərdə iki nüvə sualtı qayığının yerləşdirilməsinə göstəriş vermişəm. Bu, axmaq bəyanatların daha bir şeyə çevriləcəyi təqdirdə, ehtiyat tədbiridir”, – Tramp yazıb.

Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Təyyarəsi xarab oldu Kanadanın Baş naziri Hindistanda QALDI – Ölkəsinə gedə bilmədi..

admin

Ukrayna ordusundan ruslara zərbə: 25 hərbçi məhv edildi

redaktor

Məktəbdə Puşkin faciəsi: klassikanın anlaşılmadığı dərslər

redaktor