CəmiyyətGündəmHadisəQalmaqal

Siyasi məhbus Zamin Zəkinin səhhətində ciddi problemlər yaranıb.

4 aydır həbsdə olan sosial işçi Zamin Zəkinin səhhətində son günlər ciddi problemlər yaranıb. Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat verib.

Bildirilir ki, əvvəllər revmatizmdən əziyyət çəkən Zamin Zəkinin xəstəliyi rütubətli kamerada saxlanılması və havanın kəskin istiləşməsi səbəbilə şiddətlənib.

Hazırda onun ayaqlarında tutulmalar yaranıb və bu, yeriməsində ciddi problemlərə səbəb olur.

Bundan əlavə, saxlandığı otaqda fasiləsiz siqaret çəkilməsi onun nəfəs almasını çətinləşdirir.

“Xüsusilə onu nəzərə almaq lazımdır ki, Zamin Zəki həbs olunmazdan əvvəl göz əməliyyatı keçirmişdi. Hazırda gözlərindəki ağrılar və təzyiq baş ağrılarını artırır, bu isə onun ümumi fiziki və psixoloji durumuna mənfi təsir göstərir”, -yaxınları bildirir.

Sosial işçi Zamin Zəki bu ilin aprelində “QHT işi” üzrə həbs edilib. Aprelin 9-da onun barəsində də 3 ay 4 gün həbs qətimkan tədbiri seçilib. İyulun əvvəlində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. (AbzasMedia)

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanda mərkəz direktoru 10 min manat maaş alır – Sensasion iddia

admin

“Siyasətçi yox, siyasi şoumendir” – Pənahlının başı üstə durmasına sərt reaksiyalar

admin

İslamda aşura deyilən bir şey yoxdur

admin