DünyaSiyasət

Köçəryan: Paşinyan Zəngəzuru verib və buna əminəm

İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verib və mən buna əminəm.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

“Söhbət güzəşt təhlükəsindən yox, artıq verildiyindən gedir. Mənim buna şübhəm yoxdur. Bu dəhlizdən (Zəngəzur dəhlizi nəzərdə tutulur-red)  gedir”, – Köçəryan qeyd edib.

Köçəryan əlavə edib ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin bütün istəklərini həyata keçirib. “Nikol Paşinyan hər şeylə razılaşır. Əvvəlcə imtina edir, sonra geri çəkilir. Əliyev əmindir ki, bu halda da Paşinyan təslim olacaq. Əliyevə amerikalıların nəzarətində olan yola niyə ehtiyac var? Əliyevə tam onun nəzarətində olan dəhliz lazımdır”, – Köçəryan bildirib.

Qarabağın itirilməsi ilə bağlı mövqeyini açıqlayan Köçəryan bildirib ki, buna səbəb Ermənistanın 9-cu bəndi yerinə yetirməkdən imtina etməsi oldu. “Azərbaycanda tamamilə təbii olaraq deyirlər: “Bizi axmaq hesab edirsiniz? Siz müharibəni uduzmusunuz, bu bəyanatda Azərbaycanın maraqlarına cavab verən bircə məqam var və siz bunu rədd edirsiniz”. Bunun ardınca Laçın dəhlizinin bağlanması və Qarabağın itirilməsi baş verdi.

Bütün bunları bir kənara qoyub danışıqları “Zəngəzur dəhlizi” adlanan yerin ayrıca mövzu kimi mövcudluğunu davam etdirəcəyi həddə çatdırmaq absurddur. Bu, sadəcə olaraq diplomatik uğursuzluğun şah əsəridir”, – o vurğulayıb.

Zəngəzur dəhlizinin açılmasını başqa dövlətlərin müzakirə etməsinə gəldikdə Köçəryan deyib k, bu, geosiyasi menyuda olduğumuzun nəticəsidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukrayna bataqlığında: 24 saatda 1160 canlı itki

redaktor

“Kılıçdaroğlu Azərbaycanı hədəf alaraq münasibətlərə kölgə salan hərəkətlərə yol verib”

redaktor

Çin avtomobilləri almaq istəyənlərin nəzərinə – Satış müddəti uzun çəkir və təklif olunan qiymət çox aşağı olur

redaktor