12 C
Bakı
29 Mart 2026 21:51
DünyaSiyasət

Zelenski: “Putinlə istənilən vaxt görüşə hazıram”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putini şəxsi görüşə çağırıb. O, bu barədə 1 avqust 2025-ci il tarixində yayımladığı bəyanatında bildirib.

Zelenski qeyd edib ki, Ukrayna sülh danışıqlarına və liderlər səviyyəsində görüşə “istənilən vaxt” hazırdır:

“Əgər Rusiya sülh istəyirsə və müharibəni dayandırmaq niyyətindədirsə, biz birbaşa liderlər səviyyəsində dialoqa hazırıq”, – deyə dövlət başçısı vurğulayıb.

Lakin Kreml bu təklifə mənfi cavab verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Zelenskinin görüşü yalnız ekspertlər səviyyəsində ilkin razılaşmalardan sonra mümkündür:

“Prezidentlərin birbaşa görüşü yalnız tərəflər arasında sənədlər üzrə ilkin razılaşma əldə olunduqdan sonra gündəmə gələ bilər.”

Xatırladaq ki, daha əvvəl – may ayında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilmiş, lakin bu danışıqlarda liderlər iştirak etməmişdi. Həmin görüşlərdə əsasən əsir mübadiləsi məsələləri müzakirə olunmuşdu.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda ZƏLZƏLƏ ilə bağlı SON DƏQİQƏ açıqlaması

redaktor

“NATO Ukraynadan “pis xəbərlərə” hazır olmalıdır” – Stoltenberq

admin

Rusiyalı qadın “Molotov kokteyli” ilə hərbi komissarlığı yandırmağa cəhd etdi

redaktor