12 C
Bakı
28 Mart 2026 15:53
CəmiyyətDigərDünyaSağlamlıq

Bu dərman insanları riskə sövq edirmiş – Azərbaycanda da satılır

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

Tacxeber.com xəbər verir ki, ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb. Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.

Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər. Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.

Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər.

Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu cinayəti törədənlər… – Hərbi prokuror

redaktor

Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? – Rəsmi açıqlama

redaktor

Əraqçi İranın “Tramp marşrutu” ilə bağlı narahatlığına dair: ABŞ qoşunları və iqtisadi zərər

redaktor