16 C
Bakı
26 Sentyabr 2025 03:29
CəmiyyətİqtisadiyyatŞikayətTexnologiya

İnternet qiymətlərində “kartel sövdələşməsinin” 1 ili tamam olur

Gələn ay Azərbaycanda bütün provayderlərin eyni anda internet qiymətlərində minimal tarifləri qaldırmasının bir ili tamam olacaq.

Ötən il məhz Aztelekom dövlət provayderi ilk olaraq 15 avqustdan etibarən minimal tariflərin qaldırılacağını açıqladı. Ardınca digər provayderlər də eyni addımı atdı. Nəticədə hazırda bütün provayderlərdə minimal aylıq internet tarifi 25 manat təşkil edir.

O zaman belə bir addımın ilk olaraq dövlət provayderi təərfindən atılması diqqət cəlb etmişdi.

İnternetin sürətinin artırılması və ölkə üzrə daha geniş əlçatanlığın təmin olunması istiqamətində son zamanlar atılan addımlar təqdirəlayiqdir.

Lakin istifadəçilərə tələbat baxımından alternativ seçim imkanlarının verilməməsi, məcburi tariflərə qoşulmanın təşviq edilməsi ciddi narahatlıq doğurur.

Ötən il bu qərarlar Antiinhisar Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilmiş, provayderlərə qarşı araşdırmalara başlanılmışdı. Amma hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb.

Son aylarda Aztelekom-un daxil olduğu AZCON Holdinq, RİNN regionlarda yaşayanlar üçün daha sərfəli tariflərin tətbiq ediləcəyini və seçim imkanlarının yaradılacağını vəd etsə də, hələ ki, bu reallaşmayıb.

Ümid edək ki, 15 avqusta qədər bu problemlər öz həllini tapacaq.

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Cahangir Əsgərov fəaliyyətini bu qurumda davam etdirəcək

redaktor

Rəşad Dağlıdan şikayətçi yoxdur – Azadlığa çıxır?

redaktor

Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?

admin