Novxanı sakini Quliyev Qadir Əlisafa oğlu ona məxsus olan 0.53 ha torpaq sahəsinin aldadılaraq onun əlindən alınması ilə bağlı Tacxeber.com-a müraciət edib. Səsini müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına duyurmağımıza köməklik göstərməyimizi istədi.
Belə ki, Qadir Quliyev ona məxsus olan torpaq sahəsini, ehtiyacı olduğu üçün satmaq qərarına gəldiyini, buna görə əraziyə yaxın əmlakçılara bu haqda bildirdiyini söyir. Torpaq sahəsində sürüşmə oıduğuna görə dəyərindən ucuz verirmiş.
Bundan sonra Novxanı kənd sakini Məmmədov Altay Zəbisultan oğlunun ona müraciət edərək torpağı almaq istədiyini bildirir. Altay Qadirə bildirir ki, torpaqda sürüşmə olduğuna görə sürüşməni düzəltmək üçün əmlaka müraciət edəcək. O, zamana qədər isə ilkin alqı-satqı müqaviləsi bağlayaq.
Beləliklə onlar 14500 manat ilkin ödəməklə 54400 manat sonra ödəməklə qiymətdə razılıq əldə gəlirlər.
Sonra Altay Qadirə təklif edir ki, Bakı Şəhəri 54 saylı dövlət notariat ofisinin xüsusi notariusu Xankişiyev Simran Bəylər oğlu onun yaxın dostudur. Bu səbəbdən notarius Simran onlara sərfəli şərtlərlə alqı-satqıya köməklik edəcək, odur ki, gedib alqı-satqını orada həyata keçirək. Beləliklə Altayla Qadir birgə notariat ofisinə gedirlər. Orada şəkildə təqdim edilən alqı-satqı müqaviıəsini bağlayırlar.
Müqavilənin qüvvədə olma müddəti 3 il idi.
Quliyev Qadir redasiyamıza bildirir ki, müqavilənin vaxtı bitənə yaxın Altaydan tələb etdim ki, pulun qalan hissəsini ödəsin. Lakin Altay hər dəfə bir hekayə danışaraq məni yubadırdı. Bu minvalla müqavilədən ötən 5 il ərzində Altay Qadirə 1 qəpikdə pul ödəməyib.
Hər dəfə bir hekayə danışaraq başımın altına yastıq qoyub vaxtı uzadırdı. Sonra bezdim. Müqavilənin ləğv edilməsi ilə əlaqədar torpaq Abşeron rayonunda yerləşdiyi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etdim.
Abşeron Rayon Məhkəməsi şikayətimi geri qaytararaq iah etdi ki, Altayın daimi qeydiyyatı Yasamal rayonuna olduğuna görə Yasamal Rayon Məhkəməsinə müraciət etməliyəm. Orada yazdım göndərdim amma məhkəmədən xəbər gəlmədi.
Bu arada Altay hər dəfə mənə bildirirdi ki, xüsusi notarius Xankişiyev Simran yüksək dövlət məmuru olan şəxsin, ali dövlət rəhbərliyində olan, keçmiş nazir olmuş şəxsin kürəkənidir. Ona heç kəs gözün üstə qaşın var deyə bilməz.
Bundan belə başa düşdüm ki, məhkəmələrdə mənim işimə baxmayacaqlar. Sonradan ailəvi dostum olan keçmiş ictimai fəal Cavid Musazadəyə məsələni danışdım.
Ona etibarnamə ilə səlahiyyət verdim ki, torpağın vəziyyətini araşdırıb mənə məlumat versin. Kənd adamı oıduğuma dərin bilgim yoxdur. Həm də səhhətimlə əlaqədar olaraq gedib gələ bilmirəm. Beləliklə Cavidin araşdırmaları nəticəsində məlum oldu ki, torpaq sahəsi artıq Altayın adına keçirilib.
Yəni, tam alqı-satqı müqaviləsi bağlanmadan, mənim 54400 manat pulum ödənmədən Altayla Simran əlbir olaraq, mənim iştirakım olmadan notariatdan tələb olunan sənədləri yekunlaşdırıb əmlaka verib çıxarışı mənə məxsus olan torpağı Altayın adına keçiriblər.
Hesab edirəm ki, bu məsələdə bəlkədə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin rəisinində əli var. Çünki mən reyestrə 2 dəfə müraciət edib tənzimləmə istəsəm də, məndən rüsumu da alıblar amma əraziyə mühəndis göndərilməyib.
Altay isə həmişə deyirdi ki, mənim əmlakda rəhbər vəzifədə çalışan dostlarım var. İş icra olunmadı, sənədlərim qaldı. indi də artıq bəlli olub ki, mənə məxsus torpaq mənim razılığım, icazəm və iştirakım olmadan Altay Məmmədovun adına keçirilib.
Quliyev Qadirin Tacxeber.com-a təqdim etdiyi sənədlərdən bəlli olur ki, etibarnaməyə əsasən Qadir Quliyevin səlahiyyətli nümayəndəsi həqiqətən də Cavid Musazadədədir.
Faktla bağlı M. Cavidin Altayla telefonla danışmaq istədiyini, lakin altayın danışmadığını, əvəzində M. Cavidi guya onu şantaj etməkdə ittiham edərək telefonu söndürdüyünü bildirir.
Cavid Musazadə cinayət faktı ilə əlaqədar hüquq mühafizə orqanlarına, məsələ ilə əlaqədar qurumlara və mətbuat üzərindən dövlət rəhbərliyinə müraciət edəcəklərini və sonuna qədər gedib cinayətin üstünü açacaqlarını biıdirdi.
Bu arada M. Cavid biıdirir ki, Bakı dairəvi yolunun tikintisi ilə əlaqədar olaraq plana düşəcək sahələr var. Ehtimal olunur ki, Q. Qadirin də torpaq sahəsi plana düşür. Bu səbəbdən işbazlarla əlbir olan səlahiyyətli şəxslər plana düşməli torpaq sahələrini, evləri bu yolla mülkiyyət sahiblərinin “offsayt” vəziyyətinə salırlar.
Maraqlısı budur ki, bu prosesdə notariat, reyestr xidməti və s. əurumların nümayəndələri əlbir olublar. Başqa müsahibə verən şahidlər bu halın 1-ci olmadığını iddia etdilər.
Yekunda Qadir Quliyev Azərbaycan Respublikasının Prezidentj cənab İlham Əliyevə müraciət edərək müqəddəs hüquq olan əmlak hüququnun poxulması, aldadılması, əmlakının özkəninkiləşdirilməsi işinin həyata keçirilməsi prosesində iştirakı olan hər kəsin cəzalandırılmasında ona köməklik göstərilməsini xahiş etdi.