26 C
Bakı
29 İyul 2025 09:33
CəmiyyətGündəmHadisəQalmaqalŞikayətSiyasət

Yarım milyard avroluq sual: Əliyevlərin Bodrum Villaları üçün pul haradandır?

Bu gün Azərbaycan prezident ailəsi ilə bağlı daha bir utancverici xəbər ictimaiyyətə yayılıb.Prezident İlham Əliyevin qızları, Leyla və Arzu Əliyeva, dünyanın ən lüks turizm komplekslərindən biri olan Mandarin Oriental Bodrumda yarım milyard avro, yəni təxminən 920 milyon manat dəyərində sərmayə yatırıb.

Sual meydana çıxır ki,bu sərmayənin mənbəyi nədir? Əslində bu sualın cavabı artıq çoxlarına məlumdur. Çünki belə bir sərmayənin yeganə mənbəyi xalqın mülkiyyəti olan neft, qaz və dövlət vəsaitlərinin şəxsi sərvətə çevrilməsidir.

Azərbaycanda heç bir vətəndaş, nəsillərlə çalışsa belə, bu qədər sərvət toplaya bilməz. Ölkənin sosial göstəriciləri, əmək haqqı səviyyəsi və ümumi rifah durumu göstərir ki, belə sərmayə yalnız korrupsiya, ailə-klan sistemi və dövlət imkanlarından şəxsi məqsədlərlə istifadə sayəsində mümkün ola bilər.

Daha vacib sual: Niyə Azərbaycan xalqı susur?

Cavab aydındır: çünki Azərbaycan susdurulmuş cəmiyyətə çevrilib.

Müstəqil media ya dağıdılıb, ya da rejimin tam nəzarəti altındadır;

Vətəndaş cəmiyyəti parçalanıb, aktivistlər ya həbsdədir, ya da ölkəni tərk etməyə məcbur edilib;

Hüquq sistemi siyasi sifarişlərin icraçısına çevrilib;

Hazırda ölkədə 400-dən çox siyasi məhbus, onlarla jurnalist və hüquq müdafiəçisi zindandadır;

Korrupsiyanı ifşa edən hər kəs ya susdurulur, ya da sürgün edilir.

Bu səssizlik qorxunun nəticəsidir. Azərbaycan cəmiyyəti illərdir sistemli şəkildə qorxuya, itaətə və ümidsizliyə məhkum edilib. Bu isə rejimin əsas idarəçilik silahıdır.

Beynəlxalq ictimaiyyət qarşısında cavabdeh suallar

Bu məsələ təkcə Azərbaycanın daxili problemi deyil. Bu cür sərmayə layihələri artıq beynəlxalq maliyyə sisteminin legitimliyini və şəffaflıq standartlarını da sual altına alır.

Beynəlxalq təşkilatlar və Avropa maliyyə institutları qarşısında konkret suallar var:

Bu yarım milyard avro sərmayənin hüquqi və maliyyə mənbəyi nədir?

Avropa bankları bu qədər vəsaiti hansı audit və şəffaflıq prosedurları ilə qəbul edib?

FATF, OECD, Bazel Komitəsi, Avropa Komissiyası bu cür pul axınlarını necə görməzlikdən gəlir?

SOCAR və dövlət banklarının vəsaitlərinin şəxsi sərvət kimi istifadəsi necə qanuniləşdirilə bilir?

Avropa ölkələrinin nəzarət və maliyyə cinayətləri üzrə qurumları bu prosesləri niyə araşdırmır?

Azərbaycan Konstitusiyası nə deyir? Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 9-cu maddələrinə əsasən: Təbii ehtiyatlar, o cümlədən neft və qaz gəlirləri xalqın mülkiyyətidir və onların istifadəsi ümumi rifaha xidmət etməlidir. Bu, o deməkdir ki, xalqın sərvəti şəxsi sərvətə çevrilə bilməz. Lakin illərdir bu vəsaitlər prezident ailəsinin lüks həyatına yönləndirilib, xalq isə yoxsulluq, repressiya və ümidsizlik içində yaşamağa məcbur edilib.

Bilirsiniz Bodrumdakı villalar, sadəcə bir ailənin dəniz mənzərəli istirahət mərkəzi deyil.Onlar Azərbaycan xalqının oğurlanmış gələcəyidir.Bu sərvət, bu pullar, bu sərmayələr, uşaqların məktəblərinə, xəstəxanalara, gənclərin təhsilinə, sosial müdafiəyə xərclənməli idi.Bu sərvət bir rejimin deyil, xalqın mülkiyyətidir.Bu suallar və faktlar nə qədər susdurulsa da, bir gün cavab tələb olunacaq.

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Pərviz Bülbülənin adından SAXTAKARLIQ edildi

redaktor

Dürdanə Əliyevaya güzəşt olmadı – Son qərar

redaktor

Dövlət binasında məişət tədbiri keçirmək olmaz – FHN-dəki xınayaxdıya REAKSİYALAR

redaktor