11 C
Bakı
30 Mart 2026 04:21
DünyaGündəmMuharibəTexnologiya

Ukrayna döyüş meydanında yeni səviyyə.

Ukrayna minlərlə süni intellektli zərbə dron dəsti alacaq. “Financial Times” yazır ki, Amerika-Alman şirkəti “Auterion” ilin sonuna qədər Ukraynaya 33 min süni intellektli zərbə dron sistemi təhvil verəcək. Bu, indiyə qədər belə sistemlərin ən böyük tədarükü olacaq – əvvəlkindən 10 dəfə çox.

Pentaqon Ukraynaya yardım proqramının bir hissəsi kimi 50 milyon dollarlıq müqavilə ayırıb, amma bunun prezidentlər Zelenski və Trampın müzakirə etdiyi “meqa sövdələşmə”yə aidiyyatı yoxdur.

Bu dronların özəlliyi nədir? Bunlar öz proqram təminatı, kamerası və radio modulu olan Skynode mini kompüterləridir. Onlar adi kopterləri bir kilometrə qədər məsafədə hədəfləri təqib edə bilən avtonom döyüş platformalarına çevirir. Pilotsuz uçan aparatlar dəstə şəklində işləyə və fəaliyyətlərini bir-biri ilə koordinasiya edə bilir.

“Biz minlərlə dron göndərmişik, indi isə on minlərlə göndərəcəyik” – deyə, “Auterion”un baş direktoru Lorenz Mayer bildirib.

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Hatayın 42 min əhalisi olan rayonunda bir bina belə uçmayıb

admin

Niderlandda ölüm halları doğuş sayını üstələyib

admin

Vanqanın 2023-cü il üçün qorxunc proqnozu.

admin