31 C
Bakı
01 Avqust 2025 13:43
DünyaİqtisadiyyatSiyasət

Tramp Ukraynada sülhlə bağlı müəyyənləşdirdiyi zaman aralığını ixtisar edib.

“Putin məni çox məyus etdi. Ona verdiyim 50 günlük müddəti azaldıram. Çünki cavabın nə olacağını zatən bilirəm”, – deyə ABŞ prezidenti Şotlandiyada Britaniya baş naziri Starmer ilə görüşdən öncə bildirib. Onun sözlərinə görə, yeni dedlayn 10-12 gün olacaq. (Bugündən başlayaraq).

Bir gün əvvəl ABŞ və Avropa İttifaqı arasında ticarət anlaşması əldə edilməsi də Ukrayna məsələsində Qərbin vahid mövqedən çıxış etməsinə təsis göstərən önəmli hadisədir. Razılığa əsasən Aİ qarşıdakı 3 ildə ABŞ-dan hər il 250 milyard dollarlıq təbii qaz, neft və digər enerji daşıyıcıları alacaq və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacaq. Bununla yanaşı, Aİ ABŞ-dan milyardlarla dollarlıq silah alaraq Ukraynaya ötürəcək.

Bu anlaşma Trampın Avropadakı ideoloji müttəfiqləri olan radikal sağçı partiyalar tərəfindən tənqidlə qarşılanıb. Putin rejiminin Avropaya müharibə, qan, göz yaşı gətirdiyini və strateji situasiyanın bu səbəbdən dəyişdiyini qəbul etmək istəməyən Avropa antisistemi Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyə tərəfdar çıxaraq Aİ liderlərini ABŞ-dan baha qiymətə xammal almaqda ittiham edir. Bu, qeyri-əxlaqi mövqe olmaqla bərabər, Tramp komandasının iqtisadi siyasətini də baltalamağa yönəldiyindən, respublikaçı administrasiya ilə həmin qüvvələrin ideoloji yaxınlığının praktik əhəmiyyətini azaldacaq.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Priqojin Çeçenistanda.

admin

Putinin ən yaxın adamı istefa verdi

admin

Zalujnı: “Üçüncü dünya müharibəsi başladı, xoş gəlmisiniz”

redaktor