12 C
Bakı
28 Mart 2026 21:12
DünyaGündəmSiyasət

Rusiyanın ən böyük problemi nədir?

Təxminən 18 il əvvəl o zaman “Qazprom”un Direktorlar Şurasının sədri olan Dmitri Medvedyev bəyan etmişdi yaxın gələcəkdə Rusiya qaz nəhənginin qiyməti 500 milyard dollara, hətta 1 trilyon dollara çata bilər.

Dmitri Medvedyev həmin çox iddialı bəyanatını səsləndirdiyi günlərdə “Qazprom”un səhmlərinin dəyəri yüksəlişdə idi və 247 milyard dollara çatmışdı. O zaman “Qazprom” bu göstəricisinə görə dünyada üçüncü ən bahalı şirkət idi.
Bu gün isə Rusiyanın qaz nəhənginin dəyəri 38 milyard dollardır. Elə bir vəziyyət yaranıb ki, bir zamanlar dünyanın ən bahalı şirkətlərindən biri olan “Qazprom” bu gün oyuncaq istehsalçısı olan “Pop Mart” şirkətindən də ucuzdur. Çinin “Pop Mart” şirkətinin dəyəri “Qazprom”dan 4 milyard dollar yüksəkdir. “Pop Mart” şirkətinin rəhbərləri yaxın zamanlarda Rusiyanın ən bahalı şirkətləri olan Sberbank, Rosneft və Lukoil-u da ötüb keçəcəklərinə inanırlar.

Qənaətimcə, xəstə təfəkkürlü Putin daha bir neçə il hakimiyyətdə qalsa “Pop Mart” şirkəti Rusiyanın özündən də bahalı olacaq.

Ancaq bu da Rusiyanın ən böyük faciəsi deyil. Rusiyanın ən böyük faciəsinin nədən ibarət olduğu haqqında yazacağam. Ancaq öncə sizlərin bu məsələ ilə bağlı mövqeyini bilmək istərdim.
Sizcə, Rusiyanın ən böyük faciəsi nədir?

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

1970-ci illərdə baş verən bir hadisə var ki, dünya siyasətində təsirini bugünə qədər göstərir:

admin

Ukrayna Qərbi qınadı: Kim Çen Indan utanın

redaktor

Rusiya və Ukrayna arasında memorandum məsələsində razılığa gəlmək çətindir

redaktor