Donald Trump Avropa İttifaqından 750 milyard dollar investisiya və 15%-lik gömrük rüsumları əldə etdikdən sonra, bu gün Rusiyaya atəşkəs üçün verdiyi 50 günlük vaxtı 10 günə endirib.
Maraqlı hadisələr gözlənilir.
Diqqətçəkən məqamlar bunlardır:
Avropa İttifaqı ABŞ-a investisiya yatırmaqla yanaşı, Birləşmiş Ştatlardan böyük həcmdə enerji idxal edəcək. Bu isə Avropanın digər diktatorlardan enerji asılılığını böyük ölçüdə azaldacaq. Bunu öncədən görən Azərbaycan hökuməti artıq hərəkətə keçib.
Avropaya satılan qazın bir hissəsi Suriyaya və Ukraynaya yönləndirilib.
Həmçinin, Avropa İttifaqı bağlanmış sövdələşməyə uyğun olaraq, ABŞ-dan 150 milyard dollar dəyərində yeni silahlar alacağını bəyan edib.
Qoca biznesmen deyəsən, həqiqətən də “Make America Great Again” şüarını reallaşdırmağa nail olur.
Bu, bir növ Azərbaycanda yeni vəzifəyə gələn məmurun inzibati ərazi üzrə hər kəsdən xərac toplaması prinsipinə bənzəyir.
Xatırladaq ki, Donald Trump bir müddət öncə Körfəz ölkələrinə səfəri zamanı həmin ölkələrin krallarından 6 trilyon dollar qoparmağı bacarmışdı.
Videosunu paylaşdığı mult-miyarder biznesmendən nə qədər qopartdığını isə siz yazın.