30 C
Bakı
10 Avqust 2025 13:14
DünyaMuharibəSiyasətTexnologiya

“Pautina” əməliyyatı yenidən başlayıb ?

Aeroflot sistemləri hakerlər tərəfindən çökdürülüb. Şirkətin İT infrastrukturunun tamamilə məhv edildiyini deyilir.

“Silent Crow” və “Belarusun Kiber Partizanları” qrupları genişmiqyaslı haker hücümü elan edib. Onların sözlərinə görə, əməliyyat bir il davam edib və hava yolu nəhənginin daxili İT sisteminin tamamilə dağılması ilə başa çatıb: 7000-ə yaxın server məhv edilib, 20 TB məlumat oğurlanıb.

Hakerlər hücumu əsas infrastrukturu qoruya bilməyən Rusiya xüsusi xidmət orqanlarına “mesaj” adlandırır və yaxın gələcəkdə məlumat sızdırmağa başlayacaqlarına söz verirlər.

Xatırladaq ki, bu gün “Aeroflot” şirkəti “uğursuzluq” barədə məlumat vermiş və 40-dan çox uçuşu ləğv etmişdir. Şeremetyevoda xaos başlayıb.

P.S. Aeroflot artıq 50 reysi ləğv edib.

P.P.S. bir qədər sonra yeni materiallar olacaq…

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ kəşfiyyatı: Navalnını Putin öldürtməyib

admin

ABŞ Hikmət Mirzəyevi bu generalla səhv salıb? – İnanılmaz iddia

redaktor

Zelenski Zalujnını istefaya göndərmək qərarına gəlib – KİV

redaktor