10 C
Bakı
27 Mart 2026 16:08
DünyaHadisəTexnologiya

“Hörümçək toru – 2”

Aeroflot kompüterləri heç bir yerdə işləmir və şirkətin İT sisteminə kiberhücum artıq Hörümçək toru əməliyyatı ilə müqayisə edilir. Aeroflotun bu gün heç bir uçuşu olmayacaq. Mətbuat təyyarələrə hətta yanacaq doldurmağın mümkün olmadığını yazır.

Peskov “Aeroflot”a haker hücumu barədə xəbərləri “narahatedici” adlandırıb. Rusiya Federasiyasının Baş Prokurorluğu təsdiqləyib ki, “Aeroflot”un informasiya sisteminin fəaliyyətindəki nasazlığa səbəb haker hücumu olub.

İndi Rusiya hava limanlarına giriş-çıxış mümkün deyil!

Aeroflot ləğv edilmiş reyslərin sərnişinlərindən hava limanına gəlməməyi xahiş edir. Artıq Şeremetyevo və Pulkovoda böyük növbələr yaranıb.

Şirkət bildirir ki, “xidmətlər bərpa olunduqdan sonra” pulu qaytarmaq və ya bileti yenidən rəsmiləşdirmək mümkün olacaq.

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

İsveç Ukraynaya 116 milyon dollar yardım edəcək

redaktor

Şimali Koreya hərbçilərinə ATƏŞ AÇILDI – Kim Çen In təcili toplantı keçirdi

redaktor

Slovakiyada qar uçqunu ölümlə nəticələndi

redaktor