33 C
Bakı
02 Avqust 2025 20:02
CəmiyyətHadisəQalmaqalŞikayət

Artemi Lebedev: “Naxçıvan Yer kürəsinin ən mənasız və darıxdırıcı yeridir”

Buyur, “canişin” əfəndi, biz danışırdıq, siz “düşmən sözüdür” qulağınızı tuturdunuz. Və işsizlik, pis idarəetmə səbəbindən yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan naxıvanlıların gözünün içinə baxa-baxa, xəcalət hissi keçirmədən Muxtar Respublikada sosial-iqtisadi vəziyyətin günü-gündən yaxşılaşmasından dəm vururdunuz. Biz də bilmirdik, gözümüzə, hər gün sel kimi redaksiyamıza ünvanlanan şikayət məktublarına inanaq, yoxsa sizə.

Bunu isə artıq biz yox, dünyanın tanınmış səyahətçisi Artemi Lebedev deyib: “Naxçıvan Yer kürəsinin ən mənasız yeridir”.

Dünyanın əksər ölkələrini gəzən Lebedev iki gün də Naxçıvanda qalmağı planlaşdırıb. Amma yalnız 1 gün Muxtar Respublikada qala bilib. Ertəsi gün tələm-tələsik Naxçıvanı tərk edən səyahətçi bunu Muxtar Respublikanın “darıxdırıcılığı” ilə izah edib.

“Bu yer o qədər qeyri-real, sönükdür ki… sadəcə fantastik dərəcədə. Mən başa düşmürəm ki, onlar bunu necə bacarıblar”,- Lebedev “VKontakte” sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, Artemi Lebedev 2010-cu ildə Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etmiş, 2025-ci ilin fevral ayında bu səfərə görə bütün Azərbaycan xalqından üzr istəmişdi. Azərbaycan da həmin üzrxahlığını nəzərə alıb Lebedevə qarşı tətbiq etdiyi ölkəyə giriş qadağasını ortadan qaldırmışdı. Görünən budur ki, səyyah “sanksiya”ların ləğvini fürsət bilib Naxçıvana gəlib. Və böyük xəyal qırıqlığı, peşmançılıq hissi ilə 1 gündən sonra Muxtar Respublikanı tərk edib.

Açığını deyim ki, Lebedevi qınamıram. Mən Naxçıvandanam, orada böyüyüb boya-başa çatmışam. Bəzən Naxçıvan üçün burnumun ucu göynəyir. Amma mən belə, Naxçıvana gedəndə “darıxdırıcı hava” nəfəsimi kəsir. Lebedev binəva nə etsin?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Yarım milyon manatlıq avtomobil ilə yol hərəkəti qaydalarını heçə saydı – ANBAAN GÖRÜNTÜLƏR

redaktor

Alman deputat Azərbaycan hakimiyyətindən rüşvət aldığını etiraf edib

admin

Səyavuş Məmmədzadə vəfat etdi

redaktor