29 C
Bakı
29 Avqust 2026 20:33
DünyaSiyasət

Witkoff, Trampın səlahiyyət müddəti başa çatana qədər Rusiya və Ukrayna arasında sülhə inanır

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya-Ukrayna münaqişəsinin həllinə və Donald Trampın prezidentlik müddəti başa çatana qədər Yaxın Şərqdə sülhün bərqərar olmasına ümid etdiyini bildirib.

Vitkoff qeyd edib ki, onun fəaliyyətinin mühüm nəticəsi Rusiya ilə Ukrayna arasında münaqişənin həlli və sülh müqaviləsinin imzalanması olacaq.

“Bu baş verməlidir. Prezident haqlıdır: bu müharibə heç vaxt olmamalı idi. Düşünürəm ki, biz onu sona çatdıra bilərik və ümid edirəm ki, bu, böyük bir an olacaq. Əgər biz Rusiya və Ukraynanın problemlərini həll etsək və sülh müqaviləsi əldə etsək, İbrahim razılaşmalarını genişləndirsək, Qəzzada qalıcı sülh əldə etsək, Yaxın Şərqdə davamlı sülh əldə etsək, düşünürəm ki, bu, böyük nailiyyətlər olacaq”, – deyə Tramp vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Britaniyanın Ukraynaya “qazı”: Can sizdən, pul bizdən

redaktor

Trampın İran planı və Azərbaycanın mövqeyi

redaktor

Erməni diasporuna qarşı Azərbaycanın da fəaliyyət proqramı olmalıdır

redaktor