4 C
Bakı
26 Dekabr 2025 09:18
DünyaSiyasət

Orban: Üçüncü dünya müharibəsi ehtimalı artır

Macarıstanın baş naziri Viktor Orban beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, Orban 3-cü Dünya Müharibəsi təhlükəsinə diqqət çəkərkən, “Üçüncü Dünya Müharibəsi ehtimalı artır” dedi.

Macarıstanın baş naziri beynəlxalq ictimaiyyətin bu təhlükənin qarşısını almaq üçün hərəkətə keçməli olduğunu vurğulayaraq: “Hər kəs müharibənin soyuq küləyini hiss edir” deyib.

Orban ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi ilə hələlik müharibənin qarşısının alındığını, ölkəsinin də müharibədən kənarda qalması lazım olduğunu bildirib.

Macarıstanın baş naziri onu da bildirib ki, III Dünya Müharibəsi ilə bağlı bir çox ölkədə aparılan sorğularda insanlar müharibə ehtimalını yüksək görürlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Simonyana Şərəf ordeni verdi

redaktor

Azərbaycanda Rusiya xətti qırılmalıdır

admin

Azərbaycanda minlərlə “iPhone” satılsa da, onların demək olar ki heç biri ABŞ-dən gətirilmir

redaktor