DünyaSiyasət

Orban: Üçüncü dünya müharibəsi ehtimalı artır

Macarıstanın baş naziri Viktor Orban beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, Orban 3-cü Dünya Müharibəsi təhlükəsinə diqqət çəkərkən, “Üçüncü Dünya Müharibəsi ehtimalı artır” dedi.

Macarıstanın baş naziri beynəlxalq ictimaiyyətin bu təhlükənin qarşısını almaq üçün hərəkətə keçməli olduğunu vurğulayaraq: “Hər kəs müharibənin soyuq küləyini hiss edir” deyib.

Orban ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi ilə hələlik müharibənin qarşısının alındığını, ölkəsinin də müharibədən kənarda qalması lazım olduğunu bildirib.

Macarıstanın baş naziri onu da bildirib ki, III Dünya Müharibəsi ilə bağlı bir çox ölkədə aparılan sorğularda insanlar müharibə ehtimalını yüksək görürlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sibirdə rusların gəlişinə qarşı mübarizə aparan qadının abidəsi UCALDILACAQ

redaktor

“Xərçəngin dərmanı çoxdan icad edilə bilərdi, buna əczaçılıq şirkətləri mane olur” – ukraynalı-alman cərrahı Ekskluziv

admin

Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı

redaktor