33 C
Bakı
27 İyul 2025 13:14
DünyaHadisəSağlamlıqSiyasət

MOSSAD İran dini lideri Ayətullah Əli Xameneinin sağlamlıq durumu barədə ilginc məlumat yayıb.

Ayətullah Əli Xamenei günün yarısını mürgüləməklə, digər yarısını isə “göydə uçmaqla” keçirir

İsrailin ünlü kəşfiyyat təşkilatı MOSSAD-a bağlı bir sosiaI media hesabı İran dini lideri Ayətullah Əli Xameneinin sağlamlıq durumu barədə ilginc məlumat yayıb.

ABŞ-ın nüfuzlu “New York Post” nəşrinin məlumatına görə, MOSSAD-ın farsca adlanan (“MOSSAD Farsi”) sosial media hesabından yayılan xəbərdə 12 günlük müharibədən sonra İran dini liderinin günün böyük hissəsini mürgüləmək və narkotik maddədən istifadə edərək keçirdiyi bildirilir.

“Günün yarısını yatıb qalan yarısını maddələrə keçirən bir lider ölkəyə necə rəhbərlik edə bilər?”, – deyə paylaşımda soruşulur.

“New York Post”un bildirdiyinə görə, bu bəyanat, son həftələrdə açılan “premium X” hesabından gəlib.

MOSSAD Farsinin rəsmi sözçüsü olduğunu iddia edən bu hesab, “Ayətullahın hər gün göydə uçmağı sevdiyini” söyləyib.

Digər bir paylaşımda isə deyilir: “Narkotiklərdən istifadə etmək və ruhlarla danışmaq bir millətə rəhbərlik edən biri üçün uyğun xüsusiyyət deyil”.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iranlı eksperti və İsrail Silahlı Qüvvələrinin keçmiş fars dilli zabiti Beny Sabtinin fikrincə, “Paylaşılan bu cür məlumatların bəziləri yalnız MOSSAD-dan gələ bilər”.

Nəşr qeyd edir ki, Əli Xamneyinin narkotik istifadəçisi olduğu ilə bağlı iddialar əvvəllər də gündəmə gəlib: “Məsələn, İranlı akademik Nur Mühəmməd Omara 2022-ci ildə Türkiyədə Müsəlman Qardaşlarına bağlı televiziyaya verdiyi müsahibədə deyib: “Bir çox izləyicilər bunu bilmir, lakin Xamneyi özü də narkotikdən istifadə edir””.

Mənbə: Iranian Academic: Khamenei Uses Drugs | MEMRI

İranlı akademikin iddiasına görə, Əli Xamenei həzrətlərinin “ölkənin Bəlucistan əyalətində xüsusi bir kəndi var və orada dini lider üçün narkotiklər istehsal olunur. Bu kənd İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və heç kim içəri buraxılmır”.

Qəribədir ki, Ayətullah 1979-cu il İran İnqilabından sonra narkotikdən istifadəni, xüsusən də tiryəkdən istifadəni “qeyri-İslami əməl” elan edib və İslam Respublikasında narkotiklə bağlı cinayətlərə görə ölüm cəzası verilir.

“New York Post” onu da vurğulayıb ki, MOSSAD Əli Xamneyinin narkotik istifadəsi olub-olmadığı və adı çəkilən sosial media hesabının onlara bağlılığı ilə əlaqədar iddiaları rəsmi olaraq nə təsdiqləyib və ya təkzib edib.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

admin

Azərbaycanda turistlər bu SİRLİ ərazidə yoxa çıxır – VİDEO

redaktor

03:15 08.11.2022 Sabah “Qanlı Ay” tutulması baş verəcək

admin