32 C
Bakı
31 İyul 2025 18:13
CəmiyyətDigərDünya

Epşteynin sirdaşı Maksvellə toxunulmazlıq verildi – Trampdan əfv gözləyir

ABŞ-da insan alveri və cinsi istismarda ittiham olunaraq məhkum edilən və Ceffri Epşteynin yaxın silahdaşı kimi tanınan Gyslen Maksvellə ABŞ Ədliyyə Nazirliyi tərəfindən məhdud toxunulmazlıq verilib.

Tacxeber.com xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Məlumata görə, toxunulmazlıq Maksvellə 2021-ci ildə aldığı məhkumluqla bağlı istintaq orqanlarına geniş ifadə vermək imkanı yaradıb. O, ABŞ baş prokurorunun müavini Todd Blanşa təxminən doqquz saatlıq ifadə verib.

Maksvellin vəkili bildirib ki, o, təxminən 100 nəfərlə bağlı sualları cavablandırıb və “heç nə gizlətməyib”. Maraqlısı budur ki, vəkilin sözlərinə görə, Maksvell hələ birbaşa müraciət etməsə də, ABŞ Prezidenti Donald Trampdan əfv almaq niyyətindədir – əvəzində isə istintaqa tam əməkdaşlıq təklif edir.

Qeyd edək ki, Gyslen Maksvell uzun illər ərzində milyarder Epşteynin yanında fəaliyyət göstərib, azyaşlıların cinsi istismarı ilə bağlı şəbəkədə əsas təşkilatçılardan biri kimi tanınıb. Hazırda onun ifadələrinin Epşteyn işi ilə bağlı yeni adların ifşasına səbəb ola biləcəyi gözlənilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xarici ölkələrin milyardlar qazandığı kazinolar Azərbaycanda da yaradılmalıdırmı? — ARAŞDIRMA

redaktor

İranın sabiq prezidentimin qızına hökm oxundu.

admin

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir? – DOSYE

redaktor