O, əvvəllər Baş Narkotiklərə Qarşı Mübarizə idarəsinin rəisi idi.
İndi isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.
Bu adamı şəxsən yaxından görmüşəm və ona bircə kəlmə sözümü demişəm.
Harda gördüyümü və nə dediyimi indi sizə qısaca nəql edəcəm.
…2006-cı ilin 23 iyununda Baş Narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşları gündüzün günorta vaxtı küçədəcə mənim cibimə narkotik maddə ataraq, həbs etdilər.
Məni idarəyə gətirib sorğu-suala tutdular.
Qeyd edim ki, cibimə narkotiki atan şəxs də Həzi Aslanovun müavini podpolkovnik Ələkbərov Adil Ədalət oğlu idi.
İdarədə məni sorğu-suala tutarkən qapı açıldı və həmin bu Həzi Aslanov içəri girdi.
Polislərdən biri mənim qarşımda dayandığına görə Həzi məni görmədi.
Adil Ələkbərovdan soruşdu:
– Gətirdinizmi onu ?
– Bəli rəis gətirdik.
– Hanı bəs ?
– Budur.
O vaxt mən ona dedim:
Həzi müəllim, siz böyük bir kişinin nəvəsisiniz, amma gör hansi qanunsuzluqlarla məşğulsunuz.
O da pörtmüş halda mənə baxıb heç nə demədi, zəhərini boşaltmağa hazırlaşan zəhərli ilan kimi fısıldayıb otaqdan çıxdı.
Xatırladım ki, elə bircə həftə sonra Prezidentin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli sərəncamı ilə Həziyə “polis general-mayoru” xüsusi rütbəsi verildi.
…İndi Azərbaycanda narkomanların və narkotik alverinin tüğyan etdiyi haqda xəbərlər yayılır.
Bu bəlanın başında da məhz elə bu Həzi kimi zəhərli ilanlar dayanıb.
…Bu dünyada hər kəs öz əməlinin cavabdehidir.
Yaxşı da pis də.
Heç kim unudulmur, heç nə yaddan çıxmır.
Babası Həzi Aslanovla işim yox, nəvəsi şərəfsiz Həziyə isə milyon lənətlər olsun…