30 C
Bakı
29 İyul 2025 19:05
CəmiyyətHadisəKriminal

Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI – FOTO

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

Tacxeber.com xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb.

1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.

Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.

Faktla bağlı araşdırma aparılır.(Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər

Yeni epidemiya təhlükəsi – 5,6 milyard insan risk altındadır

redaktor

Pensiya yaşı 55 olsun, tez ölənin pensiyası uşaqlarına verilsin – Deputat

redaktor

“Abzas Media işi”nin əsassız və qurama olduğunu göstərən 15 hal

admin