28 C
Bakı
26 İyul 2025 10:15
CəmiyyətHadisə

Şərəfli yaşamaq üçün şərəfsizlərdən uzaq olun.

Dünən günorta hava çox isti olduğundan maşında ,,Konditsoneri,, fasiləsiz işlətmişdim. Buda yanacaq sərfiyatını artırıb. YDM ( yanacaqdoldurma) məntəqəsinə çatmamış maşın söndü.

Bir Taksi çağırdım və qardaşdan xahiş etdim ki, mənə yanacaq al gətir, pulunu iki-qat ödəyəcəm. Mənə dedi ki ,,Qardaş, vallah qaba doldurmağa yanacaq vermirlər. Mənim maşınından da çəkmək olmur,,

Mən də kor peşiman istinin altında heç bir qohumu, dostu nərahat etmədən yenidən taksi çağırdım.

Bakı şəhərində 6 (altı ) fərqli yanacaqdoldurma məntəqəsinə yaxınlaşdıq. Hamısı da

,,Qardaş, plastik qablara benzin vermirik. FHN ( Fövqəladə hallar nazirliyinin) əmri var. Əgər versək, rəhbərlik bizi işdən çıxardacaq. Sizə görə işimizi itirə bilmərik. Dəmir qab alıb gətirin, verək,, dedilər.

Əslində səbəbini bilirdim amma, özlərindən eşitmək istəyirdim ki, bir namuslu adam ,,Tüpürüm belə işin içinə, istinin altında qalmısınız, belə oğru saxtakarlara görə sizi yolda qoymalıyam,, sözünü eşitmək istəyirdim. Təəssüf ki, olmadı. Onları da qınamıram. Yetimlər, güc-bəla ilə özlərinə, balalarına bir tikə çörək pulu götürmək üçün iş tapıblar. Təkcə mənə görə niyə işlərindən olsunlar.

Xülasə, sonunda bir ,,Azpetrol,,a yaxınlaşdıq.

Mərifətli bir cavan ,,Əmican problem yoxdur, qabı ver doldurum,, dedi. Elə bildim Azərbaycanda bundan gözəl insan, namuslu cəsarətli birisi yoxdur. Əslində elə, həqiqət də belə idi. Çox cəsarətli bir uşaq idi.

Sual etdim ki, bəs sizi incitməzlər bu, məsələyə görə, kamera var, çəkir, rəhbərlik mənə görə problem yaratmazki ?

,, Əmican, 2 litr benzinə görə mənə problem yaradan rəhbərlik və iş heç mənədə lazım deyil,,

Cavabını bildiyim bu, dəmir qab məsələsini sual etdim?..

,, Əmican, demək olar ki, bütün zapravkalarda benzindən kəsirlər. Benzini maşınların bakına vurduqda heç kəs görə bilmir amma, plasmas qablara vurduqda siz onu açıq-aydın görə bilirsiniz. Baxın, sizin gətirdiyiniz 2 litirlik su butulkasında 2 litr benzin yoxdur. Amma dəmir qabın içində siz onu görə bilmirsiniz,,

Əslində cavabın bu dəqiqlikdə olduğunu bilirdim amma, belə namuslu birisindən mərdi-mərdanə izah olunacağını gözləmirdim. Səbəb də, öncəkilərdən qaynaqlanırdı.

Deyəcəyim odur ki, oğurluğun böyüyü, kiçiyi olmur. Hərgün minlırlə vətəndaşımızın cibinə girən şərəfsiz, ləyaqətsiz insanları da qınaya bilmirsən. Çünkü, yuxarılar belə tələb edib belə şərtlər qoyurlar.

Ölkədə nəqədər oğru məmur tanıyırsınız ?

Nəqədər rüşvətxor icrahakimi, məktəb direktoru, idarə rəisi tanıyırsınız?

Hansı birini tutub içəri atdıqdan 2 il sonra azadlığa buraxmayıblar ?

Dünən Sabirabad rayonunda üç-dörd nəfəri balıq tutanda yaxlatıblar. Biraz əvvəl də, imkansızlıqdan mağazadan çorək, siqaret oğurlayan birinə 4 il iş kəsmişdilər.

Belə şeyləri görəndə deyirəm, Lənət olsun sizin olmayan şərəfinizə ki, etdiyiniz oğurluğa hansısa gülünc ad qoymusunuz. ,,Dəmir qaba olar, plasmas yox,,

Hələ, benzinin tərkibinə ağılagəlməz maddələr qatıb minlərlə insanımızın mülkiyyətinə, atmosferə vurduqları ziyanı demirəm.

Ar olsun, ölüm olsun, kəfən olsun sizlərə !

 

Seymur Günəşli

Tacxeber.com

Oxşar xəbərlər

Kababın üstünə səpilən göyərtiyə də pul aldılar – Hacıqabulda hesab – FOTO

redaktor

Bu gün “Qarabağ” “Lion”a qarşı

admin

İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb

admin