16 C
Bakı
27 Sentyabr 2025 02:02
DünyaSiyasət

Öcalanın “sağ əli” azadlığa buraxıldı

PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib.

Tacxeber.com xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları təhvil verməyə başlayıblar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünya əhalisinin sayı 8 milyard oldu

admin

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

redaktor

İngilis nazirdən şok: rusların 80 min itkisi var!

admin