DünyaSağlamlıq

Rus və ukraynalıların sevimli yeməyi ən zərərli şorba seçildi

Şərqi Avropada, xüsusən də Rusiya və Ukraynada insanların sevərək yediyi Solyanka şorbası ən zərərli yemək seçilib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, zəngin, doydurucu və dadlı yemək hesab edilən bu ənənəvi şorba turş, duzlu və bir qədər ədviyyatlı dadları bir qabda birləşdirir.

Diyetoloqların fikrincə, ət, turşu, sosiska, zeytun və kolbasa kimi inqrediyentlərlə hazırlanan şorba tərkibindəki yüksək yağ, emal edilmiş ət məhsulları və ədviyyatlara görə olduqca zərərlidir.

Mütəxəssislər bu şorbanın ürək-damar, qan təzyiqi və ya mədə problemi olanlar üçün çox zərərli olduğunu deyir. Xüsusilə qastrit, xora və mədəaltı vəzi xəstəlikləri olan insanlar bu yeməkdən uzaq durmalıdır.

Zeytun, turşu və limon kimi turş qidalar mədəaltı vəzi xəstələri, ədviyyatın çoxluğu isə qastrit və mədə xorası olanlar üçün risk yaradır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi

redaktor

Türkiyədə “milyonçu şousu”nda mükafat məbləği 5 dəfə artırıldı

redaktor

Rusiya bu gün Ukraynaya 36 raket zərbəsi endirdi

redaktor