26 C
Bakı
26 İyul 2025 09:32
CəmiyyətGündəmHadisəQalmaqalŞikayət

“Dustaqları üstümüzə qaldırmaq üçün təcridxananın suyunu kəsiblər”.

Bakı İstintaq Təcridxanasında saxlanılan “Abzas Media”nın qadın əməkdaşlarının ictimaiyyətə müraciət ediblər:

“Biz aclığa başlayandan demək olar ki, korpusa su vermirlər. Səhər və axşam yarım saat su verilir. Bu müddətdə 153 qadın nə yuyuna bilir, nə çirkli qablarını yuya bilir, nə də boş qalan su qablarını doldura bilir.

23 iyulda isti su günümüz idi. Həmin gün 3 saat isti su verilir, amma bu dəfə verilmədi.

23 iyul axşam cəmi 15 dəqiqə soyuq su verildi, məhbuslar qapıları döyüb su tələb edəndən sonra 15 dəqiqə su verildi və dayandırıldı.

İstidən kameralar od tutub yandığı vaxt 3 mərtəbədə yerləşən 350-dən çox həbs edilmiş şəxsə əziyyət verilir. Dustaqlar əl-üzlərini yumaq üçün bir ovuc su tapmırlar.

Onlar şikayətlənirlər ki, biz aclığa başlamışıq deyə korpusa su verilmir. Beləcə dustaqları üstümüzə qaldırırlar. Biz, Penitensiar Xidmət rəhbərliyini insanlara bu cür işgəncə verməkdən əl çəkməyə çağırırıq.

Bilirik ki, məqsədləri dustaqları üstümüzə qaldırmaq və onlarla qarşılaşdıqda bizə xəsarət yetirmələrinə rəvac verməkdir.

Bizə qarşı baş verən bu haqsızlıqların İlham Əliyevin icazəsi ilə baş verdiyini bilirik və başımıza gələcək bütün pis hadisələrdə onu məsuliyyətli biləcəyik”.

Sevinc, Nərgiz, Elnarə

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü

redaktor

Afaq Bəşirqızı: “Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram” – MÜSAHİBƏ

admin

Terrorda yaralanan qız – “Özümü ölülüyə vurdum…” – VİDEO

redaktor