33 C
Bakı
27 İyul 2025 12:13
CəmiyyətDünya

Dünyanın ən güclü pasportu açıqlandı

Sinqapur pasportu 2025-ci ilin birinci yarısı üçün dünyanın ən güclü pasportu seçilib.

Tacxeber.comxəbər verir ki, bu barədə məlumat “The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.

Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 193 ölkəyə vizasız getmək imkanı var.

Yaponiya və Cənubi Koreya pasportları isə 190 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olub.

Üçüncü yeri Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya və İtaliya pasportları tutub. Portalın məlumatına görə, bu ölkələrin pasportu olan vətəndaşlar 189 ölkəyə vizasız gedə bilərlər.

Azərbaycan isə siyahıda 68-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 72 ölkəyə vizasız getmək imkanı var.

Türkiyə isə Rusiya ilə birlikdə 46-cı yeri tutub. Türkiyə vətəndaşları da Rusiya vətəndaşları kimi 114 ölkəyə vizasız gedə bilərlər.

Qeyd edək ki, Azərbaycan keçən illə müqayisədə reytinqdəki mövqeyini iki pillə yaxşılaşdırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti – Maraqlı Faktlar

redaktor

Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?

redaktor

Evini satıb ehsan verib, kirayədə qalan Hacı Şahinin ailəsindən REPORTAJ – VİDEO

redaktor