33 C
Bakı
27 İyul 2025 11:03
DünyaSiyasət

“Abdullah Öcalanın ‘Barış ve Demokratik Toplum Çağrısı’ bölgə xalqları üçün ‘ümid işığı’ kimi dəyərləndirilir.”

İranlı Nobel sülh mükafatçısı Şirin İbadinin təşəbbüsü ilə 88 nəfər Nobel mükafatı laureatı beynəlxalq qurumlara və Türkiyə prezidentinə müraciət edərək PPK-nın qurucu lideri (ifadə Dövlət Bahçəliyə məxsusudur) Abdullah Öcalanın azad edilməsinə çağırıblar.

Dünya o qədər ciddiyətini itirib ki, 88 nəfər Nobel mükafatçısı Öcalanın başlatdığı sülh prosesini öyərək belə belə yazırlar: “Cənab Öcalanın çağırışı Alfred Nobel tərəfindən güclü şəkildə vurğulanan qardaşlıq və sülh ruhunu təcəssüm etdirir. Nobel mükafatı laureatları olaraq biz bu sülh təşəbbüsünü dəstəkləyirik. Cənab Öcalan azad olmalı və başlatdığı sülh prosesində tam iştirak etməsinə icazə verilməlidir.”

Türkiyə hakimiyyətinin yanlış, əsasən iqtidar maraqlarına xidmət edən siyasəti Ocalanın terrorbaşından Alfred Nobelin qardaşlıq və sülh çağrışlarının təcəssümçüsünə çevrilməsinə gətirib çıxarıb. Elə bir vəziyyət yaranıb ki, Abdullah Öcalanın “Barış ve Demokratik Toplum Çağrısı” bölgə xalqları üçün “ümid işığı” kimi dəyərləndirilir.
Proses çox təhlükəli istiqamətə yön almağa başlayıb və getdikcə geridönməz xarakter alır.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Argentina Ukraynaya dəstək sammiti keçirəcəyini ELAN ETDİ

redaktor

Bayden imzaladı, “TikTok” üçün geri sayım başladı: Səbəb prezident seçkiləridir?

admin

Klinika Saakaşvilini saxlamaq istəmir – Çünki…

redaktor