Nə illah eləyirəm qanımı qaşığa qoyan mövzulardan yaxamı qurtara bilmirəm.
Bəzən yekə bir mətni üstüörtülü bir neçə cümləylə yola verib nə şişi, nə də kababı yandırmamaq da olar.
Di gəl, bu məndə alınmır ki, alınmır.
Nə isə çox başağrısı vermədən qanlı-xatalı mövzuların yanından ötüb, Zərdabinin ruhuna bir salavat çevirib keçirəm nisbətən şəxsimə qorxusu çox olmayan bir temaya.
İndi təqdim etdiyim yazı sərt və arqumentli üslubdadı. Son günlər Rusiya ziyalılarının bir qisminin imperiya düşüncəsi ilə hələ də Azərbaycana yuxarıdan aşağı baxmasını, suveren mövqeyimizə gözlərini ağartmasını, açıq və dolayı hörmətsizliklərini tez-tez müşahidə edirəm.
Müstəqilliyimizi həzm etməyən bu tipləri və zadları öz üslubları ilə deyil, təmkin və səbrlə, regionda siyasi, iqtisadi və diplomatik baxımdan söz sahibi olan suveren bir ölkənin ağlı və məntiqiylə susdurmaq gərəkir.
Rusiyanın bəzi “ziyalıları”, xüsusən də imperiya nostalgiyası ilə yaşayan intellektual mirzələri bu günün reallığını qəbul etməkdə çətinlik çəkirlər. Onlar üçün Azərbaycan hələ də SSRİ məkanı, Moskvanın təsir zonasıdır,bunlar isə təlimat verən böyüklərdir.
Bakının müstəqil siyasət jestləri, xüsusilə Qərblə yaxınlaşma meylləri onları hövsələdən çıxardır. Bir meyxanada deyildiyi kimi:
“qızışmışam gözlərimə qan gəlib”
havasıyla hücuma keçirlər. Bir sözlə biz imperial şovinizmlə üz-üzəyik.
Rusiyanın müəyyən ictimai-siyasi “halqa” larından, ziyanlı simalarından səslənən fikirlər göstərir ki, bu qaşqaldaqlar hələ də 19-cu əsr coğrafi təsəvvüründə ilişib qalıb. Xüsusilə də, Azərbaycanın müxtəlif beynəlxalq forumlara ev sahibliyi etməsi, bəzi ölkələrlə müstəqil münasibət qurması bəzi rus “analitiklərinin” anasını yobutvaymat eləyir.
Solovyov, Dugin, Drobnitski və digər nitskilər ol səbəbdən ağız-ağıza verib banlayır.
Bu məqamda könlümdən Solovyovu qalstukundan tutub meydana çəkmək keçir. Kremlin tamadası olan bu peysər tez-tez telekanallarda Azərbaycanı təhdid edir, bizi ayılmağa çağırır, açıq-aşkar şəkildə Rusiya silahları ilə qorxudur. Onun ritorikası yalnız siyasi riyakarlıq deyil, həm də ziyalı adına ləkədir. O, Azərbaycanın suverenliyinə qarşı çıxmaqla, açıq şəkildə beynəlxalq hüququ tapdalayır və regionun gələcəyini təhdid edir.
Bununla iş bitsəydi nə vardı..
Yəni tək Solovyov olsaydı..
Biri də var:
Aleksandr Duqin, “Rus dünyası” ideyasının “yağın içində-salafanda” qəttəzə ideoloqu.
Necə deyərlər azıydı arıq-uruq,
Biri də gəldi dabanı cırıq..
Bir misra var ey-son görüşə qaranəfəs gəlmişəm.
Bu köpəyoğlu da qaranəfəs gəlib siyasətə))
Onun nəzəriyyələri, əslində postsovet ölkələrinin müstəqilliyini rədd edən bir xətt üzərində qurulub. Adam köhnə imperiyaya təzə üz qabığı çəkməyə çalışır.
Təzəlikcə birini də daxil eləmişəm qara siyahıma, qrobnitskidi, drobnitskidi, nədi..
Həri,
Dmitri Drobnitski…
Bu analitik Azərbaycanın siyasi xəttini Amerika yönümlü adlandırıb, bunu böyük bir təhlükə kimi qələmə verir. Sual olunur:
bir ölkənin hansı siyasi kursu seçməsi niyə başqa bir dövlət üçün təhlükə yaratsın ki??? Azərbaycan ancaq Kremlin diktəsi ilə hərəkət edəndəmi qərdeş və dost sayılır?
Eləmi ay brat?
Qarnınız niyə ağrıyır, bilmək olarmı?
Bu tip qaraniyyət mikrofon xəstələri ziyalı deyil, zərərli ideoloqlardır.
Ziyalı xalqlar arasında körpü yaratmalıdır, anlayış və hörməti təşviq etməlidir, müstəqil fikrə, fərqli baxışlara sayğı ilə yanaşmalıdır. Ancaq bu gün adını çəkdiyim rus ziyalıları əslində şovinist ideoloqlardır. Onlar hələ də imperiya xəritəsinin keşiyini çəkirlər, müstəqil siyasətə nifrət edirlər, çünki bu, imperiyanın süqutunun təntənəli xatırladılmasıdır.
P. s.
Mən fikirlərimi yazdım, oxusanız da olar, oxumasanız da..