CəmiyyətDünyaSağlamlıq

Koronavirus qədər təhlükəlidir: 119 ölkədə yayıldı – Azərbaycan da risk altındadır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun qlobal pandemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Tacxeber.comxəbər verir ki, ÜST-nin tropik xəstəliklər üzrə mütəxəssisi Diana Rojas Alvarez virusun artıq 119 ölkədə aşkar edildiyini bildirib.

Onun sözlərinə görə, sözügedən virus səbəbindən təqribən 5,6 milyard insan risk altındadır.

Ekspert qeyd edib ki, Madaqaskar, Somali və Keniya kimi digər ölkələrdə də yayılma davam edir. Həmçinin, Hindistan və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində də çoxsaylı hallar qeydə alınıb.

Xəstəliyin ölüm nisbəti 1 faiz olsa da, milyonlarla yoluxma baş verərsə, bunun minlərlə ölümə bərabər ola biləcəyi vurğulanıb. Xüsusi müalicəsi olmayan çikunqunya epidemiyalara səbəb ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyədə güclü meşə yanğınları olanda Diyanət İşləri dedi ki, yanğınların sönməsi üçün topluca dua etmək əmri vermişik”.

admin

Əzələ ağrılarını aradan qaldıran ən sadə üsul

redaktor

“Ermənilər tamamilə gedərsə, sülhməramlılar da 2025-dən öncə getməli olacaqlar”

redaktor