14 C
Bakı
08 Noyabr 2025 01:17
CəmiyyətDigərDünya

İlon Mask 20 min insanın beyninə çip yerləşdirməyi planlaşdırır

Amerikalı milyarder İlon Maskın beyin-kompüter interfeysi texnologiyası üzərində çalışan “Neuralink” şirkəti 2031-ci ilə qədər 20 min insana beyin çipi implantasiya etməyi hədəfləyir.

Tacxeber.comxəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətin daxili təqdimat və sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, önümüzdəki 6 il ərzində “Neuralink” ABŞ ərazisində 5 böyük klinika açmağı planlaşdırır. Bu mərkəzlərdə insan beyninə mikroçiplərin yerləşdirilməsi həyata keçiriləcək.

Çiplər fərqli funksiyalara malik olacaq və müxtəlif xəstəliklərin müalicəsi və ya insan-kompüter əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə olunacaq.

Şirkətin üç əsas proqramı var. “Telepathy” insan beyninin kompüterlə birbaşa əlaqəsini təmin etməyi və bu sahəni öyrənməyi hədəfləyir. “Blindsight” isə görmə qabiliyyətini itirmiş insanlara kömək etməyə yönəlib. “Deep” isə Parkinson xəstəliyindən əziyyət çəkən insanlara yönəlmiş neyroterapiya proqramıdır.

“Neuralink” 2029-cu ilə qədər “Telepathy” proqramı üzrə ABŞ tənzimləyici qurumlarından rəsmi icazə almağı və ildə təxminən 2 min əməliyyat keçirməyi planlaşdırır. 2030-cu ildən isə şirkət “Blindsight” proqramını genişləndirərək ildə 10 min nəfər görmə qüsurlu şəxsə çip yerləşdirməyi qarşıya məqsəd qoyub.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ və Avropanın 8 nəhəngi 750 milyard dollarlıq sifariş alıb

admin

Qarabağ Universiteti Xankəndidə yerləşəcək

redaktor

“Putin Trampın ona dəstək verəcəyinə əmindir, o, bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır” – Con Bolton

admin