“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli aclıq aksiyası zamanı səhhətində yaranan problemlər səbəbilə huşunu itirib. Bu barədə məlumatı onun yaxınları “Abzas Media”ya verib.
Məlumata görə, 5 gündür aclıq edən Həsənli iyulun 21-də huşunu itirib.
Yaxınlarının bildirdiyinə görə, o, aclıq müddətində 6 kiloqram çəki itirib və hazırda 68 kiloqram çəkiyə malikdir (əvvəllər 74 kq olub).
Onun qan təzyiqi 105/90 səviyyəsində qeydə alınıb.
Aclıq aksiyasını davam etdirən “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı isə yaxınları ilə telefon danışığı zamanı bildirib ki, 3 gündə 2 kiloqram çəki itirib.
Sevinc Vaqifqızı və “Abzas Media”nın həbsdə olan əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.
Onlar İyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.
Aclıq elan edildikdən sonra Vaqifqızı, Absalamova və Qasımova öz otaqlarından çıxarılaraq ayrı otaqlarda yerləşdiriliblər və Nərgiz Absalamova bu zaman zorakılığa məruz qalıb.
Ülvi Həsənli artıq 5 gündür aclıq edir. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.