25 C
Bakı
25 İyul 2025 09:31
CəmiyyətDünya

“BU İSTİDƏ CAMAAT SUSUZ NƏ ETSİN?!” – “Su təminatını artırmaq əvəzinə özlərinə yeni bina tikdilər”

Məlum olduğu kimi, 10 günə yaxındır Bakının bir çox ərazilərində içməli suyun verilməsində ciddi problemlər yaşanır.

Xüsusən də Yasamal rayonunda, Suraxanı rayon Yeni Günəşli, Qaraçuxur qəsəbələrində, eləcə də şəhərin digər bir çox hissələrində əhaliyə su ya böyük fasilələrlə verilir, ya da ümumiyyətlə verilmir.

Mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində paylaşım edib və bu sahəyə cavabdeh olan şəxslərdən cavab istəyib: “2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq…

2025-ci il, iyul ayı. Bu bəyanatdan 7 il keçib, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur.

O zamankı adı ilə “Azərsu”-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 milyon manata yeni bina tikdilər. Özü də, binaya heç köçə də bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər.

Tapşırıqları, qərarları yerinə yetirməyən məmurlar niyə cəza almırlar? İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin bəs?!”

Tacxeber.com

Oxşar xəbərlər

3-cü sinif dərsliyində ədəbsiz hekayə – Əmim qızı mənimlə… – FOTO

redaktor

Ukraynalı aktyor döyüşdə həlak oldu

redaktor

HƏYƏCAN TƏBİLİ ÇALINDI – Təhlükəli virus Avropanı CƏNGİNƏ ALIR

redaktor