24 C
Bakı
13 Sentyabr 2025 16:25
DünyaMuharibəSiyasət

Zelenski: Mülki infrastruktura hücumlar dərhal dayandırılmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 23-də Rusiyanın Suma vilayətinə dron hücumuna cavab olaraq bəyanatla çıxış edib. Dövlət başçısı bu barədə rəsmi Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Türkiyədə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti dərhal və tam atəşkəsin vacibliyini bir daha gündəmə gətirəcək.

> “Ukrayna nümayəndələri bu gün Türkiyədəki danışıqlarda bir daha belə hücumların, xüsusilə də mülki infrastrukturun hədəfə alınmasının yolverilməz olduğunu bildirəcək və dərhal atəşkəsin vacibliyini vurğulayacaqlar”, – deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Rusiyanın dron zərbəsi nəticəsində Suma vilayətində enerji infrastrukturuna ciddi ziyan dəyib. Hadisə nəticəsində 220 min abunəçi işıqsız qalıb. Regionda bərpa işləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Son 3 ildə 6-cı dəfə ağız açdı: Paşinyan Makronu yenə Ermənistana dəvət etdi

redaktor

Mixail Saakaşvili daha yeriyə bilmir

redaktor

Duqin Putinə qarşı çıxıb? – Şeytelmandan şok

admin