DigərDünyaHadisə

Ukraynanın tanınmış briqada komandiri Kabzan vəfat etdi

Donetsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ukrayna Milli Polisinin Birləşmiş Hücum Briqadası **”Lüt”**ün komandiri Maksim Kabzan həlak olub.

Bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Viqivskı özünün Facebook səhifəsində məlumat verib.

“Polis ailəmiz üçün əvəzolunmaz itkidir… Bu gün Donetsk vilayətində baş verən yol qəzasında Ukrayna Milli Polisinin ‘Lüt’ briqadasının komandiri Maksim Kabzan həlak olub. O, şərəfli, sözünün ağası olan, cəsur və yüksək mənəviyyat sahibi bir insan idi. Ağır dövrlərdə yüzlərlə insan onun arxasınca gedirdi. O, əsl döyüşçü və vətənpərvər idi. Bu, sözlə ifadə olunmaz ağrı və kədərdir”, – deyə Viqivskı bildirib.

Məlumata görə, Kabzan rəhbərlik etdiyi briqada ilə ölkənin şərqində gedən ən ağır döyüş əməliyyatlarında iştirak edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu: “İsrailin İranın hücumuna cavab vermək hüququ var və bunu mütləq edəcək”

redaktor

Lakin nə qədər təzadlı görünsə də, ABŞ-ın müharibəyə qoşulması onun 10 illik böhrandan çıxmasına kömək etdi.

admin

Ərdoğan İslamiada qaliblərini TƏBRİK ETDİ

redaktor