DigərDünyaHadisə

Ukraynanın tanınmış briqada komandiri Kabzan vəfat etdi

Donetsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ukrayna Milli Polisinin Birləşmiş Hücum Briqadası **”Lüt”**ün komandiri Maksim Kabzan həlak olub.

Bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Viqivskı özünün Facebook səhifəsində məlumat verib.

“Polis ailəmiz üçün əvəzolunmaz itkidir… Bu gün Donetsk vilayətində baş verən yol qəzasında Ukrayna Milli Polisinin ‘Lüt’ briqadasının komandiri Maksim Kabzan həlak olub. O, şərəfli, sözünün ağası olan, cəsur və yüksək mənəviyyat sahibi bir insan idi. Ağır dövrlərdə yüzlərlə insan onun arxasınca gedirdi. O, əsl döyüşçü və vətənpərvər idi. Bu, sözlə ifadə olunmaz ağrı və kədərdir”, – deyə Viqivskı bildirib.

Məlumata görə, Kabzan rəhbərlik etdiyi briqada ilə ölkənin şərqində gedən ən ağır döyüş əməliyyatlarında iştirak edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda daha bir ölüm fətvası verildi

redaktor

Türkiyədə erməni xilasedicilərdən rüsvaylıq: Həlak olanların qızıl-zinət əşyalarını qarət ediblər

redaktor

Rəhbər xəstə olanda , cəmiyyət xəstə olur.

redaktor