15 C
Bakı
26 Mart 2026 18:07
DünyaSiyasət

Tramp yenidən İranı hədələdi: Lazım gələrsə yenə vuracağıq

ABŞ lazım gələrsə, İranın nüvə proqramı obyektlərini yenidən məhv etməyə hazırdır.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri İranın xarici işlər naziri Abbas Əraqçinin “Fox News” telekanalına müsahibəsində ölkənin nüvə obyektlərinin çox ciddi zədələnməsi və dağıdılması ilə bağlı sözlərini xatırladıb.
Tramp qeyd edib: “Əlbəttə, dediyim kimi (obyektlər dağıdılıb) və lazım gələrsə, yenidən edəcəyik!”

İranın xarici işlər naziri Abbas Araqçi Amerikanın “Fox News” telekanalına müsahibəsində deyib ki, Tehran gələcəkdə Vaşinqtonla birbaşa danışıqlar perspektivini nəzərdən keçirə bilər. “Hər şey Vaşinqtonun qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanaraq Tehranla bərabər şəraitdə olmağa hazır olub-olmamasından asılı olacaq”, -Araqçı vurğulayıb.

Əraqçi bildirib ki, ABŞ onun nüvə infrastrukturuna zərbə endirdikdən sonra ölkədə uranın zənginləşdirilməsi dayandırılıb, lakin İran hakimiyyəti bu fəaliyyətdən əl çəkmək niyyətində deyil.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı hərbçi Putindən tank istədi

redaktor

Tramp və komandası özünü çox da yormur.

admin

Yeni Yaxın Şərq düzəni qurulur. Azərbaycan haradadır?

redaktor