32 C
Bakı
23 İyul 2025 17:40
DünyaHadisəKriminal

Rusiyanın 1.6 milyon izləyicisi olan “Baza” teleqram kanalının əməkdaşları belə həbs ediliblər

«Sənə OMON qonşu otaqda ölümcəsinə işgəncə verəcək, əgər parolu deməsən(yazılması mümkün olmayan nalayiq ifadələr olub».

“Baza”nın baş redaktoru Gleb Trifonovun saxlanılması ilə bağlı təfərrüatlar qonşular tərəfindən açıqlanıb

“Baza”ya qonşulardan biri danışıb ki, Gleb Trifonovun mənzilində saxlanılmasının şahidi olub:

“Səhər saat 9 radələrində pilləkən meydançasında dəhşətli döyüntü səsləri eşitdim. Kimsə birinin qapısını sındırırdı. Dürbünə baxanda formadakı adamları gördüm, ‘aç, s…’ deyə qışqıraraq qapını demək olar ki, qırırdılar. Qapı açıldı, içəri girdilər və kişini üzüstə yerə uzatdılar. Qapımı azacıq açdım, bir neçə qonşunun da toplandığını gördüm və formadakı adamların qışqırdığını eşitdim. Onlar telefona parol tələb edir və kişiyə müxtəlif işgəncələrlə hədələyirdilər. Mənzilə baxanda kişi qandallı idi, məni görəndə qışqırmağa başladı ki, bunlar ona hücum ediblər (mənzildə Gleb-in nişanlısı da olub — red.), və bizdən polis çağırmağımızı istədi. Bunu bir neçə dəfə qışqırdı. Formadakılar dərhal qapını bağladılar, sonra nə baş verdiyini görmədim,” — qonşulardan biri belə danışıb.

Vəkil Aleksey Mixalçiki Trifonovun yanına yalnız saat 23:00-da buraxıblar (yəni saxlanmadan 14 saat sonra). Baş redaktorun dindirilməsi isə Moskvanın Mərkəzi İstintaq İdarəsində gecə saat 03:00-da başa çatıb, baxmayaraq ki, Rusiya Cinayət-Prosessual Məcəlləsi gecə vaxtı dindirilməni qadağan edir.

Aleksey Mixalçikin sözlərinə görə, Trifonov barəsində Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi ilə (küçük rüşvət epizodları) cinayət işi açılıb, lakin “istintaq Trifonovun polis əməkdaşları ilə korrupsiya xarakterli pul münasibətləri haqqında heç bir sübut təqdim etməyib”.

İstintaq iddia edir ki, Rusiyanın müxtəlif regionlarında polis əməkdaşlarına bir neçə dəfə pul verilməsi halları olub. İddialara görə, pul verilən şəxslər arasında biri 74 yaşlı, digəri təxminən 30 yaşında olan iki qadın var. Gleb onların heç birini tanımır və onların polisə aidiyyəti yoxdur.

“Baza”nın digər əməkdaşı — prodüserlə bağlı epizodlarda da 2023-cü ildə polis əməkdaşına və 74 yaşlı qadına pul köçürmələrindən bəhs olunur. Prodüser həmin şəxsləri tanımadığını bildirib.

“Коммерсант” qəzetinin məlumatına görə, “Baza”nın dindirilmiş jurnalistləri istintaqa bildiriblər ki, “məlumat və videoları pula alıblar, amma bu, cinayət hadisələri ilə yox, idman və ya şou-bizneslə bağlı olub”. Qeyd edək ki, Gleb Trifonovun “Mutko protiv” adlı məşhur idman kanalı da var.

Əvvəllər Rusiya DİN bəyan etmişdi ki, rüşvət vermə işi üzrə “Baza”nın baş redaktoru və prodüseri saxlanılıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə isə, Belqorod vilayəti, Krasnodar və Krasnoyarsk diyarlarından üç polis əməkdaşı da saxlanılıb. Onlar səlahiyyət həddini aşmaqda şübhəli bilinir.  (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ olub

redaktor

Əvəz Zeynallı Prokurorluğu məhkəməyə verdi

admin

Geomaqnit qasırğası başlayıb, sabah daha da güclənəcək

redaktor