Aydınlanma dövrünün rəndələməsindən keçən xristianlıqdan fərqli olaraq özünün ilkin xam halını qorumuş 7-ci əsr ərəb mifologiyasının heç bir formada rasionalizm, emprizm kimi bəşəri proqressivliyin inşaçısı olan Yunan fəlsəfəsi üzərində bərqərar olmuş Avropa/Qərb sistemində yeri yoxdur.
Avropalını ərəbdən, bir xalqı digərindən ayıran onların dəri rəngləri, bioloji genləri deyil, inandıqları, qəbul etdikləri ideyalardır, dəyərlərdir.
2011-ci il Orta Şərq fırtınasından sonra milyonlarla müsəlman Avropaya axın etdi. Bu gün onlar orada şəriət istəməkdədirlər. Yenə də müsəlman həyat tərzi yaşamaqdadırlar. Ancaq çox qəribədir ki, şəriətin ən layiqli mühafizəçisi olan İŞID-dan qaçıblar.
Və Taliban, Səudiyyə, İran kimi şəriətin ən mükəmməl şəkildə tətbiq edildiyi ölkələrə miqrasiya etmirlər.
İslam Qərb üçün ekzistensial təhdiddir. İslam Qərb mədəniyyətinin bətnindəki xərçəng şişidir və bu getdikcə böyüməkdədir.
Hesablanmamış multikulturalizmin və hesablanmamış tolerantlığın fəsadlarını məhz sonunda liberal-demokratik dəyərlərə dayanan xoşgörülü proqressiv sistem ödəyir, mütləq şəkildə onun “zaafiyətinə” çevrilib içdən çürüdürlər.
Avropanın Rusiyadan bu və ya digər formada maliyələşən və liberal demokratik dəyərlərin düşməni olan sağçıları da islamın yayılması üzərindən sistemi hədəf alırlar. Əgər bu kütləvi miqrant topluluğu ciddi yoxlamalarla filtrasiya edilib yararsızlar deport edilməsə sistemin daxilindəki islam xərçəngi metastaz verəcək.
P.S bu bağlamda Yaxın Şərqin müəyyən dərəcədə də olsa stabilliyi və yenidən qurulması Avropa üçün də stabilliyinə zəmanət verə bilər.