30 C
Bakı
23 İyul 2025 12:28
CəmiyyətHadisə

Həbsdə olan qazi Hacı Vəliyev aclığı dayandırıb

Fəaliyyətini dayandıran “Gənc Qazilər” İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyevin aclıq aksiyasını dayandırdığı bildirilir.

Məlumatda bildirilir ki, Vəliyev qərarını ailəsinin təkidi və səhhətində yaranan ciddi problemlərlə izah edib: “Hacı Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazılığını ifadə edib. Uzunmüddətli aclıq aksiyasının onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərdiyi aydındır. Bu, artıq geri dönməz fəsadlara səbəb ola bilər”.

Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyasına başladığını açıqlamışdı. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini, səhhətinin ağırlaşdığını bildirmişdilər.

Vəliyev İkinci Qarabağ müharibəsində gözlərinin birini itirib. Onun digər gözündə də problem yarandığı söylənirdi.

H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tarixçi: “Yengə haqqında 10 səhifəlik elmi məqalə yazmışam, çox lazımlı işdir”

redaktor

Kənan MM: Qadınların xəyanəti bağışlanmazdır – Video

redaktor

İki həftə əvvəl 500 manata təklif olunurdu, indi 100 manata satılır (VİDEO)

admin