33 C
Bakı
27 İyul 2025 10:37
DünyaSiyasət

Budanov: Trampın Ukrayna ilə bağlı mövqeyi dəyişib, lakin ABŞ maraqlarını üstün tutacaq

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri Kirilo Budanov keçmiş ABŞ prezidenti Donald Trampın Ukraynaya dair mövqeyinin dəyişdiyini bildirib. Onun sözlərinə görə, Trampın siyasəti ilk növbədə ABŞ-ın milli maraqlarına əsaslanacaq. Bu barədə Budanov Kyiv Post nəşrinə verdiyi müsahibədə danışıb.

 “Heç bir şəxsin mövqeyi dəyişməz qala bilməz. Bu, şəraitin və ya yeni məlumatların təsiri altında dəyişir. Trampın mövqeyi dəyişibmi? Həm bəli, həm də xeyr. O, heç vaxt Ukraynanın əleyhdarı olmayıb. Unutmaq olmaz ki, ABŞ silahlarının ilk partiyaları məhz onun prezidentliyi dövründə əldə olunub”, – deyə Budanov bildirib.

O əlavə edib ki, Trampın mövqeyi “məntiqli şəkildə Ukrayna tərəfli” olmalıdır. Eyni zamanda, Budanov Trampın ilk növbədə ABŞ-ın maraqlarını qoruyacağına diqqət çəkib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransadakı səfirimiz geri çağırılsın – Deputat

redaktor

Puqaçovanın qızının Kreml sarayındakı çıxışı son anda ləğv edildi

redaktor

Ukrayna: Rusiya ordusuna güclü zərbə endirildi

redaktor