Bu qadının adı Tonda Dikersondur. 1999-cu ildə o, bir kafedə ofisiant kimi işləyirdi və daimi müştərisi Edvard Syuard ona çayevoy kimi bir lotereya bileti verdi. Tonda bu biletdən istifadə etdi və gözlənilmədən 10 milyon dollarlıq cekpotu uddu. Lakin bu uduşa sahib çıxmaq üçün çox mübarizə aparmalı oldu.
İlk olaraq, Tondu məhkəməyə onun digər ofisiant həmkarları verdi. Onlar tələb edirdilər ki, uduş bölüşdürülməlidir, çünki lotereya bileti çayevoy hesab olunur və çayevoylar bərabər şəkildə paylaşılır. Lakin məhkəməni Tonda qazandı.
Sonra Edvard Syuard, yəni ona bileti verən şəxs, Tondu məhkəməyə verdi. O, guya belə bir razılaşma olduqlarını iddia edirdi: əgər bilet udarsa, qadın ona bir pikap maşını almalı idi. Bu məhkəmə prosesində də Tonda qalib gəldi.
Daha sonra onun keçmiş əri Tondu qaçırdı və onu ölümlə hədələyərək qazandığı pulları verməsini tələb etdi. Tonda tapança götürüb kişini sinəsindən vurdu. Kişi sağ qaldı, lakin növbəti məhkəmə prosesini də Tonda qazandı, çünki onun hərəkətləri özünü müdafiə kimi qiymətləndirildi.
Nəhayət, onu məhkəməyə verən vergi xidməti oldu. Onlar uduşun dörddə birini tələb edirdilər. Amma nəticədə Tonda vergilər üçün daha az məbləğ ödəməli oldu.
Lotereya şirkəti ona qazandığı məbləği 30 illik bərabər hissələrə bölüb hər il ödəməyi təklif etdi. Tonda bu şərtlə razılaşdı və bu günə qədər öz halal qazancını almağa davam edir. (Mənbə: Avropa Azərbaycanlıları)