DünyaSiyasət

Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib?

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinin dəyişməsinə səbəb onun həyat yoldaşı Melaniya olub.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon “The Hill”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Trampın həyat yoldaşı mütəmadi olaraq ona Ukraynadakı döyüşləri xatırladır. “Düşünürəm ki, Melaniyaya təşəkkür etmək lazımdır. Hətta prezidentin özü də deyib ki, həyat yoldaşı ona hər gecə partlayışı xatırladır”, – konqresmen deyib.

İyulun ortalarında Tramp arvadının Ukraynaya “Patriot” raketləri göndərmək qərarına təsir göstərməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab verib. O bildirib ki, həyat yoldaşı sadəcə olaraq Ukraynada axan qana son qoyulmasını istəyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təyyarənin qəzaya uğradığı yerə PUA göndərir

admin

İcra başçısı Niyazi Bayramovun brend geyimi…

redaktor

Fransa Ermənistana hansı silahları satacaq? – Düpüy

redaktor