33 C
Bakı
27 İyul 2025 10:21
DünyaSiyasət

Rusiyada “Şahed” zavodu niyə hələ də dağıdılmayıb? – Ukraynalı analitik səbəbləri açıqladı

Rusiyanın rəsmi mediası bu günlərdə Tatarıstanda yerləşən “Şahed” kamikadze dronlarının istehsal olunduğu zavodla bağlı geniş süjet yayımlayıb. Ukrayna bu obyektə bir neçə dəfə pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd etsə də, müəssisəyə ciddi ziyan vurmaq mümkün olmayıb.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş zabiti və Frontelligence Insight analitik qrupunun yaradıcısı, “Tatarigami” təxəllüsü ilə tanınan ekspert sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) bu vəziyyəti izah edib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri zavodun Ukraynadan çox uzaqda – təxminən 1200 kilometr məsafədə yerləşməsidir. Belə məsafəni qət etmək üçün dronlar daha çox yanacaq daşımalı olur ki, bu da partlayıcı maddələr üçün az yer qalması deməkdir.

İkinci mühüm amil isə zavodun ölçüsüdür. Söhbət kiçik emalatxanadan deyil, ümumi sahəsi təxminən 160 min kvadratmetr olan böyük sənaye müəssisəsindən gedir. Üstəlik, zavodun ərazisi daim genişləndirilir.

Analitik qeyd edir ki, bu amillər birgə şəkildə Ukraynanın həmin strateji hədəfi effektiv şəkildə məhv etməsini hazırda mümkünsüz edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

MM sədri: Bakı və İrəvan arasında tezliklə…

redaktor

Ukraynada nüvədən başqa hər şey istifadə etmişik – Medvedyev

redaktor

Zelenski Ərdoğana təşəkkür etdi

redaktor