33 C
Bakı
27 İyul 2025 10:12
DünyaSiyasət

Meksinskı Kremlın baş ideoloquna çevrilib və Putinin qızı ilə yaxın münasibətlər qurub – KİV

Rusiya prezidentinin köməkçisi, İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskı Ukraynaya qarşı genişmiqyaslı müharibə fonunda hakimiyyətdə mövqelərini möhkəmləndirib və faktiki olaraq Kremlın baş ideoloquna çevrilib.

Bu barədə “Vajnye istorii” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Medinskı 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinin administrasiyasına keçib və həmin vaxtdan Rusiya ətrafında “düşmənlərin olduğu” fikrini fəal şəkildə yaymağa başlayıb. Bu narrativ Putinin Krımın ilhaqından sonra Qərblə qarşıdurma kursu ilə üst-üstə düşüb.

Mənbələr bildiriblər ki, məhz bu ideoloji yaxınlıq Medinskıya təkcə Putinə yaxınlaşmağa deyil, həmçinin ona birbaşa çıxış imkanları əldə etməyə şərait yaradıb. “Vajnye istorii”nin yazdığına görə, Medinskı şəxsi görüşlərin təşəbbüskarı da ola bilir.

Bundan əlavə, bəzi məlumatlara əsasən, o, Rusiya liderinin qızlarından biri ilə də yaxın əlaqələr qurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Baş nazirlər qapı arxasında qaldı – VİDEO

redaktor

İran Prezidenti Trampı Netanyahuya qarşı tədbir görməyə çağırdı

redaktor

Məhkəmə Vilyam Hacıyevin şikayəti ilə bağlı qərar verib

redaktor