34 C
Bakı
24 İyul 2025 14:37
DigərDünyaİqtisadiyyatQalmaqalSiyasət

Hindistanda yerləşən “Rosneft”ə məxsus neft emalı zavodu Aİ sanksiyalarının tətbiqi səbəbindən çətin durumdadır

“Rosneft”ə məxsus Hindistan neft emalı zavodu hazırda satış üçün şərtləri sərtləşdirməyə məcbur olub. Belə ki, zavod rəsmiləri qarşı tərəflərin və bankların bu zavodla əməkdaşlığı dayandıracağından qorxurlar.

Tacxeber.com Euasia.news-a istinadən xəbər verir ki, Rosneft  zavodun 49,13% səhminə sahibdir.  Hindistanın Vadinar şəhərində yerləşən bu zavod artıq artıq avqust ayı üçün olan sifarışçilərindən ödənişi öncədən tələb edir . Bu haqda  Bloomberg məlumat verib.

Əvvəlki tenderlər zamanı şirkət belə tələblər irəli sürmürdü. Dəyişiklik keçən həftə Avropa İttifaqının “Nayara Energy”-ni 18-ci sanksiyalar paketinə daxil etdikdən sonra baş verib. Əsaas səbəb isə Rusiya neftindən hasil edilən neft məhsullarının idxalını tətbiq edilən qadağandır.

Artıq Aİ Rosneft-i neft emalı zavodunun fəaliyyətindən əldə etdiyi gəlirdən məhrum etmək istəyir. Eyni zamanda Aİ Rusiya məhsullarını satan Türkiyə sxemlərinə zərbə vurmağa çalışır.

Kpler analitiki Zamir Yusof məsələ ilə bağlı bildirib ki, “tenderin şərtlərindəki dəyişiklik Aİ-nin son sanksiyalarının nə qədər geniş əhatəli olduğunu vurğulayır”. Onun sözlərinə görə, əvvəlcədən ödəmə tələbi bankların onlarla hesablaşmaqdan imtina edə biləcəyi qorxusunu əks etdirir.

Qeyd edək ki, “Nayara” Hindistanın ən böyüklərindən biridir – təxminən 7000 yanacaqdoldurma məntəqəsi və digər yanacaq məntəqələri var.

Eyni zamanda Hindistan xam neftin az qala 40%-ni Rusiyadan alır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Deputat geri çəkildi, qızı eyni dairədən namizəd oldu – FOTO

redaktor

Ət bu tarixdən bahalaşacaq – Ekspert

redaktor

Elçin Quliyev Ermənistana xəbərdarlıq etdi

redaktor