CəmiyyətGündəmHadisəSiyasət

Azərbaycanda 150 illik mətbuat yox, 150 illik susdurulma tarixi qeyd olunur

Hazırda Azərbaycanın həbsxanalarında 30-dan çox jurnalist siyasi məhbus həyatı yaşayır. Onlar qələmlərinə, sözlərinə, həqiqətə sadiq olduqları üçün azadlıqlarından məhrum ediliblər. Abzas Media, Meydan TV, Toplum TV, Kanal 13 və digər müstəqil platformaların əməkdaşları saxta ittihamlarla, qurama məhkəmələrlə cəzalandırılıb. Onların tək “suçu” xalqın gözünü açmaq, korrupsiyanı ifşa etmək və azad informasiya verməkdir.

Bu gün Azərbaycanda azad media faktiki olaraq mövcud deyil. Ən cəsur səs sahibləri ya həbsdədir, ya da ölkədən didərgin salınıb. Qalan media orqanlarının əksəriyyəti hakimiyyətin nəzarətindədir, təbliğat alətinə çevrilib.

Belə bir şəraitdə “Azərbaycan mətbuatının 150 illiyi” adı altında keçirilən tədbir yalnız bir mənanı verir: İlham Əliyevin özü-özünü təbrik etdiyi, repressiyaların üstünü örtdüyü bir siyasi şou. Bu tədbirin nə real jurnalistikaya, nə də mətbuat azadlığına heç bir aidiyyəti yoxdur. Bu, sadəcə, susdurulmuş, boğulmuş və zəncirlənmiş medianın tabutuna vurulan növbəti mismardır.

Əgər bir ölkədə jurnalistlər həbsdədirsə, azad söz cinayət sayılırsa, orada mətbuat bayramından deyil, mətbuatın matəmindən danışmaq lazımdır.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Baba Vəziroğlu qardaşı Anarla Şəfiqə Nağıyeva qalmaqalı haqda: “Şəfiqə Nağıyeva qalmaqal həvəskarıdır, Anardan geri qalmır, bir-birilərini elə yaxşı tapıblar”

admin

“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”

admin

Rəqəmsal Detoks: Texnologiyadan Uzaqlaşmaq Beyninizi və Həyatınızı Necə Dəyişir?

redaktor